Dünyanın nüfuzlu maliyyə qurumlarından biri olan JPMorgan investisiya bankının analitikləri Ukraynada davam edən müharibə ilə bağlı mühüm proqnoz açıqlayıblar. Bank mütəxəssislərinin fikrincə, Rusiya-Ukrayna müharibəsi “endşpil” – yəni son mərhələyə daxil olub və qarşıdakı həftələrdə döyüşlərin dayanması ehtimalı yüksəkdir.
AvroMedia.az xəbər verir ki, Proqnoza əsasən, 2024-cü ilin iyul ayına qədər tərəflər arasında atəşkəs razılaşmasının əldə olunması mümkündür. Analitiklər vurğulayırlar ki, Ukrayna hazırkı hərbi və siyasi şərait fonunda Rusiya ilə danışıqlara getmək və münaqişəni dondurmaq məcburiyyətində qala bilər.
JPMorgan bu qərarın iqtisadi təsirlərinə də toxunub. Qeyd olunur ki, atəşkəs qərarı regional və qlobal bazarlarda müəyyən sabitləşməyə səbəb ola bilər. Xüsusilə enerji qiymətlərində və ərzaq tədarükü sahəsində müsbət dinamika gözlənilir.
Lakin analitiklər xəbərdarlıq edirlər ki, bu atəşkəs uzunmüddətli sülh demək deyil. Tərəflər arasında əsas ziddiyyətlər hələ də qalır və münaqişənin tam nizamlanması üçün ciddi diplomatik addımlar və beynəlxalq zəmanətlər tələb olunur.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralında başlayıb və bu günə qədər minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı isə məcburi köçkün vəziyyətinə salıb.

Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı