“3+3” formatında növbəti görüşlər İrəvan və Bakıda baş tuta bilər”.
AvroMedia.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
O, razılaşmanın əldə olunması, kommunikasiyaların açılması, sərhədin demarkasiya və delimitasiyası vasitəsilə tam sülhə nail olmaq yolunda Moskvanın İrəvan və Bakıya dəstək göstərdiyini bildirib. Həmçinin qeyd edib ki, “3+3” formatının inkişafında kifayət qədər potensial görür.
Lavrovun sözlərinə görə, Ermənistan və Azərbaycan növbəti görüşlərə ev sahibliyi etmək istəyir: “Onlar öz aralarında razılığa gələ bilərlər. Belə ki, növbəti iki tədbir Ermənistan və Azərbaycanın paytaxtlarında baş tuta bilər”.
Qeyd edək ki, “3+3” formatı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur.

Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı