Bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının qeyri-rəsmi zirvə toplantısı keçiriləcək.
AvroMedia.az Teleqraf-a istinadla xəbər verir ki, zirvədə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.
Macarıstan Baş naziri Viktor Orbanın sədrlik edəcəyi sammitdə Azərbaycanla yanaşı, TDT-yə üzv digər dövlətlərin - Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın prezidentləri iştirak edəcək. Bundan əlavə, TDT-nin müşahidəçi dövlətlərinin (Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası) nümayəndələri və təşkilatın baş katibi də sammitə qatılacaq.
TDT tarixində ilk dəfə təşkilatın sammiti müşahidəçi dövlət tərəfindən keçiriləcək. Bu, Macarıstanın türk dövlətləri ilə hərtərəfli əməkdaşlığın qətiyyətlə dərinləşdirilməsində artan rolunu vurğulayır.
“Şərq və Qərbin Görüş Nöqtəsi” mövzusu altında keçiriləcək qeyri-rəsmi zirvə dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələlərin müzakirəsi baxımından mühüm imkan yaradacaq.
Zirvə toplantısının sonunda Türk Dövlətləri Təşkilatının ortaq və strateji baxışını təsdiq edən Budapeşt Bəyannaməsinin qəbul edilməsi, müxtəlif mühüm qərarların və təşəbbüslərin ictimaiyyətlə paylaşılması nəzərdə tutulur.

Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı