Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
AvroMedia.Az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri 30p.m. yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub.
Bir nəfər tüstüdən zəhərlənib.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Rəsmi Bakıdan ABŞ və İrana dəstək: Alqışlayırıq
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
Ermənistana tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Yataq otağındakı bu əşyaları gözdən uzaq yerdə saxlayın
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Əhaliyə verilən içməli suyun rəngi dəyişib
Neftin qiyməti son üç ayda ilk dəfə 84 dollardan aşağı enib
Azərbaycan karateçisi qızıl medal qazanıb
ABŞ-də paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı
Hindistan gəmisi Oman sahillərində batıb
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə qalib birinci oldu