Böyük Britaniya İrandakı diplomatik heyətini təhlükəsizlik səbəbi ilə təxliyə edib.
AvroMedia.Az “Sky News” telekanalına istinadən xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İrandakı diplomatik missiyanın fəaliyyətini müvəqqəti olaraq dayandıraraq, heyəti ölkədən çıxarıb.
Rəsmi açıqlamada bu addımın Britaniya vətəndaşlarının və diplomatik korpusun təhlükəsizliyini təmin etmək məqsədilə atıldığı vurğulanıb. Təxliyənin təfərrüatları barədə geniş məlumat verilməsə də, bunun regionda son günlər artan hərbi gərginliklə bilavasitə bağlı olduğu ehtimal edilir.
Xatırladaq ki, sözügedən qərar Yaxın Şərqdə, xüsusən də İran və ABŞ arasında nüvə danışıqlarının dalana dirənməsi və hərbi eskalasiya riskinin yüksəlməsi fonunda verilib.

1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir