Londonun mərkəzində yerləşən Uinston Çörçillin heykəli vandalizm aktına məruz qalıb.
AvroMedia.Az “The Independent” qəzetinə istinadən xəbər verir ki, naməlum şəxs Böyük Britaniyanın keçmiş Baş nazirinin bürünc abidəsini qırmızı boya ilə təhqir edib.
Heykəlin üzərinə “Sionist müharibə cinayətkarı” yazısı və Fələstinin azadlığına çağıran şüarlar yazılıb.
Bildirilib ki, polis hadisə yerində qrafiti çəkən 38 yaşlı kişini yaxalayıblar. Şübhəli şəxs irqi motivli cinayət törətmək ittihamı ilə saxlanılıb. Hazırda abidənin təmizlənməsi üçün ərazi mühafizəyə götürülüb. Hadisəyə münasibət bildirən Britaniya hökuməti vandalizmi “iyrənc və rüsvayçı” adlandırıb.
Qeyd edək ki, bu, Çörçillin heykəlinə qarşı ilk belə hadisə deyil. Abidə 2020-ci ildə “Black Lives Matter” etirazları zamanı da vandalizmə məruz qalıb, ötən il isə fəallar tərəfindən müxtəlif aksiyaların mərkəzinə çevrilmişdi. 2025-ci ilin yayında isə London hakimiyyəti Çörçillin heykəlinə dırmanmağı qadağan edib. Bu qadağanı pozanları 3 aya qədər həbs və 1000 funt sterlinq cərimə gözləyir.

1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir