ABŞ-ni tərk edənlərin sayı ölkəyə daxil olanları üstələyib
Tarix: 27-02-2026, 08:57
Baxılıb: 7 034
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-ni tərk edənlərin sayı ölkəyə daxil olanları üstələyib

27-02-2026, 08:57

Brookings İnstitutunun məlumatına görə, ötən il ABŞ-ni tərk edənlərin sayı ölkəyə daxil olanların sayından 150 min nəfər çox olub.
AvroMedia.Az 
xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Qeyd olunur ki, ilk dəfə olaraq ABŞ-ni tərk edən amerikalıların sayı ölkəyə gələn immiqrantların sayını üstələyib. İnsanların əsasən Avropa və Cənubi Amerika ölkələrinə köç etdiyi bildirilir. Buna səbəb kimi Tramp administrasiyasının sərt immiqrasiya siyasəti, eləcə də həyat keyfiyyəti ilə bağlı narazılıqlar göstərilir.
Məlumata əsasən, 2025-ci ildə 675 min nəfər deportasiya olunub, 2,2 milyon nəfər isə öz istəyi ilə ölkəni tərk edib. ABŞ-yə gələnlərin sayı isə 2,6-2,7 milyon nəfər civarında olub.
Avropa İttifaqı ölkələrinə köç edən amerikalıların sayının artmaqda davam etdiyi, həmçinin ABŞ vətəndaşlığından imtina ilə bağlı müraciətlərin də yüksəldiyi vurğulanır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ