ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Cenevrədə keçirilən ikitərəfli görüş başa çatıb.
AvroMedia.Az TASS-a istinadən xəbər verir ki, tərəflər danışıqların aparıldığı “Four Seasons” otelini tərk ediblər.Təxminən dörd saat davam edən müzakirələrdə əsas diqqət Ukraynanın iqtisadi bərpası və Rusiya ilə gözlənilən yeni danışıqlar mərhələsinə hazırlığa yönəlib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib ki, görüş “Ukraynanın iqtisadi dəstəyi və bərpası” mexanizmlərinin işlənilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Ukrayna tərəfindən Rüstəm Umerov və David Araxamiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə bir araya gəlib.
Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələrin əvvəlki mərhələləri yanvar və fevral aylarında Əbu-Dabidə keçirilmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə hələ də Kiyevin Moskvanın bir sıra fundamental təkliflərinə cavab vermədiyini iddia edir.

1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir