ABŞ bayrağı altında üzən katerin Kubanın ərazi sularına daxil olması nəticəsində silahlı toqquşma baş verib.
AvroMedia.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kubanın şimal sahillərindən təxminən bir dəniz mili məsafədə, Kayo-Falkones adası rayonunda baş verib.Ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına görə, sərhəd qoşunlarının patrul gəmisi identifikasiya məqsədilə katerə yaxınlaşdıqda qarşı tərəfdən atəş açılıb. Kubalı hərbçilər isə katerdəkilərə cavab atəşi açıblar.
Atışma nəticəsində katerdə olan 4 nəfər ölüb, daha 6 nəfər yaralanıb. Kuba tərəfdən patrul katerinin komandiri güllə yarası alıb.
Kuba hakimiyyətinin iddiasına görə, sərhədi pozan 10 nəfərin hamısı ABŞ-də yaşayan kubalılardır. Onların ada ərazisinə terror aktları törətmək məqsədilə gəldiyi iddia olunur. Həmçinin qrupu qarşılamalı olan daha bir nəfərin sahildə həbs olunduğu bildirilir. Katerin göyərtəsində tüfənglər, tapançalar və Molotov kokteylləri aşkarlanıb.
ABŞ-nin Dövlət katibi Marko Rubio ABŞ hökumətinin bu əməliyyatla əlaqəsinin olmadığını bəyan edib. O, katerdəki şəxslərin ABŞ vətəndaşları və ya rezidentləri olub-olmadığının araşdırıldığını bildirib. Vitse-prezident Ceyms Devid Vens isə Ağ Evin vəziyyəti izlədiyini açıqlayıb.

1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir