Böyük Britaniyanın avtomobil istehsalçısı "Aston Martin" xərcləri azaltmaq məqsədilə işçi qüvvəsinin 20%-ə qədərini ixtisar etməyi planlaşdırır. Hazırda şirkətdə təxminən 3 000 nəfər çalışır.
AvroMedia.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilir.
Qeyd olunub ki, 2025-ci ilin yekunlarına əsasən, istehsalçının xalis zərəri 363.9 milyon funt sterlinqə (491.5 milyon ABŞ dolları) çatıb. Halbuki bir il əvvəl bu göstərici 289.1 milyon funt (390.3 milyon dollar) təşkil etmişdi.
Şirkət maliyyə vəziyyətinin pisləşməsini avtomobillərinə tələbatın azalması, eləcə də ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarının mənfi təsiri ilə əlaqələndirib."Aston Martin" işçi sayının azaldılması hesabına 40 milyon funtadək (54 milyon dollar) vəsaitə qənaət etməyi gözləyir. İxtisarların konkret olaraq nə vaxt həyata keçiriləcəyi isə açıqlanmayıb.

1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir