“Yaxşı perspektivlər görürəm”
Tarix: 25-02-2026, 19:22
Baxılıb: 7 030
Google+ Paylaş
Tumblr Paylaş

“Yaxşı perspektivlər görürəm”

25-02-2026, 19:22

İran Prezidenti Məsud Pezeşkian nüvə məsələsi ilə bağlı Vaşinqtonla aparılan danışıqlarda müsbət irəliləyişlərin olduğunu bildirib.

AvroMedia.Az xəbər verir ki, ölkə başçısı bu barədə İran Dövlət Televiziyasına (IRIB) müsahibəsində danışıb.
“Bu məsələdə yaxın gələcək üçün yaxşı perspektivlər görürəm”, – deyə o söyləyib.

Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların növbəti raundu sabah Cenevrədə baş tutacaq. Omanın vasitəçiliyi ilə keçiriləcək görüşdə tərəflər arasında gərginliyi azaldacaq konkret şərtlərin müzakirə ediləcəyi gözlənilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ