Onkoloji (xərçəng) diaqnozu qoyulduqdan sonra müntəzəm fiziki aktivlik ölüm riskinin azalması ilə əlaqələndirilir. Beynəlxalq alimlər qrupu yeddi növ xərçəng xəstəliyindən əziyyət çəkən 17 mindən çox insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəlib.
AvroMedia.Az xəbərinə görə, araşdırmanın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.
Tədqiqatçılar altı böyük, uzunmüddətli araşdırmanın məlumatlarını birləşdirərək iştirakçıların diaqnozdan əvvəl və diaqnozdan orta hesabla 2,8 il sonra fiziki aktivlik səviyyələrini qiymətləndiriblər. Daha sonra xəstələr təxminən 11 il ərzində izlənilib və onların fiziki aktivliyi ilə ölüm riski arasında əlaqə araşdırılıb. Təhlil zamanı nəticələrin daha dəqiq olması üçün yaş, cins, siqaret çəkmə vərdişi və xəstəliyin mərhələsi kimi amillər nəzərə alınıb.AvroMedia.Az xəbərinə görə, araşdırmanın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.
Məlum olub ki, fiziki aktiv olan xəstələrdə bir sıra xərçəng növləri üzrə ölüm riski əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, ağız boşluğu xərçəngi zamanı ölüm riski 61 faiz, ağciyər xərçəngində 44 faiz, endometriya xərçəngində 38 faiz, sidik kisəsi xərçəngində isə 33 faiz azalıb.
Bundan əlavə, bu müsbət təsir hətta diaqnozdan əvvəl oturaq həyat tərzi keçirən, lakin sonradan müntəzəm idmanla məşğul olmağa başlayan şəxslərdə də müşahidə edilib. Ağciyər xərçəngi olan xəstələrdə ölüm riski 42 faiz, düz bağırsaq xərçəngində isə 49 faiz azalıb.
Müəlliflər vurğulayıblar ki, bəzi xərçəng növləri üçün hətta ortasəviyyəli fiziki aktivlik - həftədə 150 dəqiqədən az hərəkət belə, tam hərəkətsizliklə müqayisədə daha yaxşı nəticə verir.
Tədqiqatçılar səhiyyə işçilərini xərçənglə yaşayan insanlara və müalicədən sonrakı dövrdə dəstəyin bir hissəsi kimi fiziki aktivliyi təşviq etməyə çağırıblar.

İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər