Pezeşkian sülh sazişindən danışdı
Tarix: 24-02-2026, 21:33
Baxılıb: 6 999
Google+ Paylaş
Tumblr Paylaş

Pezeşkian sülh sazişindən danışdı

24-02-2026, 21:33

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan və Ermənistan arasındakı sülh prosesində əldə olunan irəliləyişi müsbət qiymətləndirərək, bunu regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün vacib addım adlandırıb.

AvroMedia.Az
  “Mehr” agentliyinə istinadən xəbər verir ki, Pezeşkian bu barədə Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündə bildirib.

O, rəsmi Tehranın qonşu dövlətlərlə, xüsusilə Ermənistanla əlaqələri dərinləşdirməkdə maraqlı olduğunu və tərəflər arasında strateji tərəfdaşlıq haqqında sənəd üzərində işin yekunlaşmasına hazır olduqlarını vurğulayıb.
Görüş zamanı Pezeşkian regionda sabitliyi pozan istənilən addımın bütün dövlətlərə zərər verdiyini qeyd edərək, İranın sülh və dayanıqlı təhlükəsizlik siyasətinə sadiq olduğunu diqqətə çatdırıb. Öz növbəsində S.Papikyan müdafiə, iqtisadiyyat və nəqliyyat sahələrində İranla əməkdaşlığın İrəvan üçün strateji əhəmiyyət kəsb etdiyini ifadə edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ