İrandakı bəzi ali təhsil müəssisələri ölkədə davam edən gərginlik fonunda tədris fəaliyyətlərini ilin sonuna qədər distant həyata keçirmək qərarına gəliblər.
AvroMedia.Az xəbər verir ki, Xarəzmi və İslam Azad universitetləri artıq məsələ ilə bağlı rəsmi açıqlama yayıblar.Bəyanatlarda təhsil prosesinin planlaşdırılmış qrafikə uyğun davam edəcəyi və heç bir fasilənin yaranmayacağı bildirilib.
Sözügedən qərar İranda hökumət əleyhinə etirazların universitetlərə sıçramasından sonra qəbul edilib. Məlumata görə, ikinci semestrin başlaması ilə paytaxt Tehranın bəzi universitetlərində tələbə qrupları arasında şiddətli toqquşmalar baş verib və nəticədə xəsarət alanlar olub.
Xatırladaq ki, İrandakı kütləvi etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahiblərinin rəhbərliyi ilə başlayıb və qısa müddətdə bütün ölkəyə yayılmışdı. Cari ilin 8 yanvar tarixində paytaxtda vəziyyətin daha da kəskinləşməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırmış, təhlükəsizlik qüvvələri isə genişmiqyaslı müdaxilələrlə aksiyaları yatırmağa çalışmışdı.

1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir