Türkiyənin əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl və daha üç millət vəkilinin deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı sənədlər Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
AvroMedia.Az DHA-ya istinadən xəbər verir ki, Ö.Özəl, CHP-nin parlamentdəki deputat fraksiyası rəhbərinin müavini və paytaxt Ankaradan seçilən deputatlar Murat Əmir, Yunus Əmrə barəsində Prezident Administrasiyası tərəfindən hazırlanan təqdimatlar qanunverici orqanın rəhbərliyinə daxil olub.
TBMM rəhbərliyi sənədləri baxılması üçün qurumun Konstitusiya və Ədalət Komissiyasına göndərib. Komissiyada aparılacaq müzakirələrdən sonra məsələ ilə bağlı yekun qərarın verilməsi üçün parlamentin plenar iclasında müzakirəyə çıxarılması mümkündür.Deputat toxunulmazlığının ləğvi proseduru Türkiyədə millət vəkillərinin cinayət məsuliyyətinə cəlb olunmasına hüquqi imkan yaradan konstitusion mexanizm hesab olunur. Bu prosesin davamı olaraq komissiyanın rəyindən sonra son qərarı parlament verir.

İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər