ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni 4 iyula qədər başa çatdırmaq istəyir.
AvroMedia.Az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
“Müttəfiqlər bəyan edirlər ki, Tramp 4 iyulda ABŞ-nin müstəqilliyinin 250-ci ildönümünə həsr olunmuş təntənəli bayram tədbirlərindən əvvəl razılaşma əldə etməyə çalışır.
Lakin yüksəkvəzifəli Avropa və NATO rəsmilərinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin əsas tələblərini ödəməyən razılaşmaya hazır olduğuna dair heç bir əlamət yoxdur”, - məlumatda deyilir.
Mənbə həmçinin bildirir ki, heç nə Putinin öz tələblərindən imtina edəcəyini deməyə əsas vermir:“Moskva və Vaşinqton faktiki olaraq danışıqlarda kimin birinci güzəştə gedəcəyi üzərində yarışırlar”.

1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir