İstəyirəm ki, "Qarabağ" maliyyə baxımından azad olsun.
AvroMedia.az Teleqraf-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl komandanını Azərbaycan Premyer Liqasında çempion olması münasibəti ilə keçirilən mərasimdə deyib.
O, ilk olaraq 28 may - Müstəqillik günü və Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edib. Daha sonra klubun mərhum fəxri prezidenti, atası Abdulbari Gözəllə bağlı xatirələrini bölüşüb.
Tahir Gözəl "Qarabağ" klubunun dünyada ən gözəl ad olduğunu bildirib:
"Digər komandalar bizi bağışlasınlar. "Qarabağ"ın rəngləri, tarixi, əziyətlərimiz... Hər zaman komandamız qol vuranda bir tərəfimiz sevinirdisə, digər tərəfi ağlayırdı. İndi nə yaxşı ki, tam gülə bilirik".
O, növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunmasını uzunmüddətli perspektiv baxımından dəstəkləmədiyini bildirib:
"Növbəti mövsüm 12 klubun olması xoş xəbərdir. Demək ki, rayonlarımızda futbol inkişaf edəcək. Limitin ləğvi qısa müddətdə bizə kömək edəcək. Amma uzun müddət üçün Azərbaycan futboluna xeyri olmayacaq. "Qarabağ"ın həmişə öz dəst-xəti var. Öz yetirmələrimizi buraxmayacağıq".
Gözəl "Qarabağ"ın maliyyə baxımından azad olmasını istədiyini söyləyib:
"Sponsor hər zaman lazımdır. Hər futbol klubun arxasında sponsor durur. Amma istəyirəm ki, "Qarabağ" müstəqil olsun, sponsordan isə dəstək alsın. Hesab edirəm ki, buraya yaxınlaşmışıq. Klub UEFA-dan əldə edilən gəlirlə, sponsora "mənim gücüm var" deyir. Bu, mənim ən böyük arzum idi".

Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi