ABŞ-ın beynəlxalq media qurumu olan Amerikanın Səsi – “Voice of America” (VOA) bu həftə bütün qalan əməkdaşlarını işdən azad etmək niyyətindədir. Bu barədə Politico nəşri məlumat yayıb.
AvroMedia.az xəbər verir ki, bildirilir ki, hazırda qurumda çalışan 800 nəfərlik heyətə yaxın günlərdə ixtisar barədə rəsmi bildiriş göndəriləcək. Xatırladaq ki, bu ayın əvvəlində Tramp administrasiyası artıq 600-dən çox VOA podratçısını işdən azad etmişdi.
“Voice of America” İkinci Dünya Müharibəsi dövründə nasist təbliğatına qarşı informasiya müharibəsində istifadə olunmaq məqsədilə yaradılmışdı və 80 ildən artıqdır ki, ABŞ-ın dünyaya səsi kimi fəaliyyət göstərirdi. Lakin görünür ki, bu addımla qurum tamamilə bağlanmaq üzrədir.
VOA-nın yüksək vəzifəli əməkdaşlarından biri Politico-ya açıqlamasında bildirib ki, onun komandasının ABŞ Qlobal Media Agentliyinin (VOA-nın tabe olduğu ana qurum) nümayəndələri ilə apardığı danışıqlara əsasən, bu ixtisarlar bütün heyəti əhatə edəcək və nəticədə qurumun beynəlxalq yayım fəaliyyəti tamamilə dayandırılacaq.

Bakıda qiymətlər yenidən qalxır - Ən sürətli bahalaşan əmlak növü açıqlandı
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR
Orta əsrlərin gizli siyasi oyunları bədii dildə: "Qara Yusif" romanı
Yumurtalar niyə tez xarab olur?
Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi