Kim Çen ordunu müharibəyə hazır olmağa çağırdı
Tarix: 17-05-2025, 11:05
Baxılıb: 2 617
Google+ Paylaş
Tumblr Paylaş

Kim Çen ordunu müharibəyə hazır olmağa çağırdı

17-05-2025, 11:05

Şimali Koreya lideri Kim Çen İn Koreya Xalq Ordusunun qvardiya hərbi-hava diviziyasının nəzdindəki aviasiya alayına baş çəkib.
AvroMedia.az oxu.az-a istinadən xəbər verir ki, K.Ç.In Hərbi Hava Qüvvələrinin aviasiya dəstələrinin döyüş təlimlərinə başçılıq edib.
Bildirilir ki, təlimlər zamanı aviasiya eskadrilyalarının, zenit-raket, radiolokasiya stansiyası və radioelektron mübarizə bölmələrinin hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirmək üzrə bacarıqları məşq edilib.
Şimali Koreya lideri vurğulayıb ki, ordunun bütün hissələri müharibəyə hazırlıqda köklü dəyişiklik edərək hərbi əməliyyatlara daim hazır olmalıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ