Ərdoğandan İstanbul görüşü ilə bağlı açıqlama
Tarix: 16-05-2025, 16:48
Baxılıb: 2 624
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğandan İstanbul görüşü ilə bağlı açıqlama

16-05-2025, 16:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları atəşkəsin əldə edilməsi və yekun sülh üçün zəmin yaradılması baxımından kritik əhəmiyyətli adlandırıb.
AvroMedia.az Report-a istinadən xəbər verir ki, türkiyəli lider bunu Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi, həmişə olduğu kimi, Ukrayna ilə bağlı vasitəçilik səylərində prioritet olaraq qalır.
Ərdoğan bildirib ki, ABŞ, Rusiya və Ukrayna liderləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb, həmçinin İtaliyanın baş naziri, Fransanın prezidenti ilə onların təşəbbüsü ilə telefon danışıqları olub:
"2022-ci ilin martından bəri ilk dəfədir ki, qan tökülməsinin dayandırılması üçün həqiqətən real imkan yaranıb. Mən avropalı həmkarlarımı Rusiya və Ukrayna arasında dialoq kanalının açıq qalması üçün dəstək verməyə çağırıram. Türkiyə, öz növbəsində, sülh nizamlanmasına mümkün töhfəsini verməyə davam edəcək".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ