13 may axşam saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-35 tipli qırıcı Estoniyanın Yuminda yarımadası yaxınlığında ölkənin hava məkanını pozub. Estoniya Xarici İşlər Nazirliyi hadisəyə görə Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq rəsmi nota təqdim edib.
AvroMedia.az Musavat.com xəbər verir ki, təyyarə Estoniya hava məkanında bir dəqiqədən az qalıb. Onun uçuş planı olmayıb, transponderi söndürülüb və Estoniya hava dispetçerləri ilə heç bir əlaqəyə keçməyib.
Hadisəyə NATO-nun Baltik hava məkanının təhlükəsizliyini təmin edən Portuqaliya Hərbi Hava Qüvvələrinin Emari bazasındakı F-16 təyyarələri dərhal reaksiya verərək kəşfiyyat uçuşu həyata keçirib.
Estoniya ordusu bildirib ki, bu, 2025-ci ildə Rusiya aviasiyasının Estoniya hava sərhədini ilk dəfə pozmasıdır.

Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib