Yeni sədr də “Georgi lenti” taxıbmış...
Tarix: 14-05-2025, 21:00
Baxılıb: 2 249
Google+ Paylaş
Tumblr Paylaş

Yeni sədr də “Georgi lenti” taxıbmış...

14-05-2025, 21:00

Xəbər verdiyimiz kimi, İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad olunub. Onun tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi Saleh Səmədova baha başa gəlib.
AvroMedia.az  xəbər verir ki , S.Səmədovun vəzifəsindən azad edilməsindən sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq sədrin birinci müavini Vahid Tağıyevə həvalə olunub.
Ancaq maraqlıdır ki, Vahid Tağıyev də Saleh Səmədovdan geri qalmır. Belə ki, Vahid Tağıyev də qalmaqala səbəb olan tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatılıb.
Qeyd edək ki, S.Səmədovun atdığı addım Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdi. Qurumun bu dəfə Vahid Tağıyevin sinəsindəki “Georgi lenti”nə necə reaksiya verəcəyi maraqla gözlənilir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ