Ukrayna və ABŞ müştərək İnvestisiyaların Bərpası Fondunun yaradılması və fəaliyyəti haqqında Saziş imzalayıb. Belə bir fondun fəaliyyəti Yerin təki əməliyyatları ilə təmin edilir.
AvroMedia.az xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat verib.
Məlumatda bildirilib ki, Saziş mayın 13-də Dövlət-Özəl Tərəfdaşlığa (PPP) Dəstək Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) arasında imzalanıb.
Diplomatik yazışmaların mübadiləsindən sonra Fond fəaliyyətə mayın 23-də başlaya bilər.
Qeyd edək ki, mayın 1-nə keçən gecə Ukrayna ilə ABŞ arasında iqtisadi əməkdaşlıq haqqında saziş (Yerin təki sazişi) imzalanıb.
Sənəd mayın 8-də Ukrayna Ali Radasında ratifikasiya olunub. Müvafiq qanunu Prezident Vladimir Zelenski də imzalayıb.

Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib