Ruslar hava hücumundan müdafiə sistemlərini digər istiqamətlərdən çıxararaq Krımı qorumaq üçün istifadə edirlər.
AvroMedia.az xəbər verir ki, bu sözləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk deyib.
Onun sözlərinə görə, yarımadanın üzərindəki hava məkanı Rusiya ərazisindən daha güclü qorunur. O, bunu Krımın Moskva üçün həm logistik, həm də simvolik əhəmiyyətə malik olması ilə izah edib:
“Adadakı hava hücumundan müdafiə sistemlərinin sıxlığı Rusiyanın bir çox bölgələrindən daha yüksəkdir. Sanksiyalar və mikroelektronika çatışmazlığı səbəbindən rusların itkiləri bərpa etmək imkanları məhduddur”.
Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi vurğulayıb ki, Ukrayna müdafiəçiləri artıq çox sayda hava hücumundan müdafiə sistemlərini və rusların hərbi obyektlərini məhv etməyə nail olublar, lakin ruslar hələ də Krımdan kamikadze dronlar buraxmaq imkanına malikdirlər.

Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib