Hindistan hava limanlarının işini bərpa etdi
Tarix: 12-05-2025, 09:36
Baxılıb: 2 435
Google+ Paylaş
Tumblr Paylaş

Hindistan hava limanlarının işini bərpa etdi

12-05-2025, 09:36

Hindistan Pakistanla münasibətlərdə gərginlik fonunda bağladığı hava limanlarının işini bərpa edib.
Bu barədə məlumatı ölkənin “News18” telekanalı yayıb.
Bildirilib ki, ölkənin 32 aeroportu yenidən açılıb.
Həmçinin qeyd olunub ki, bu gecə iki ölkə arasında təmas xəttində son günlər ərzində ilk dəfə insident qeydə alınmayıb.
Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edərək ölkə ərazisinə zərbələr endirmişdi. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab vermişdi. Tərəflər bir neçə gün davam edən gərginlikdən sonra mayın 10-da atəşkəs barədə razılığa gəliblər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ