Türkiyə və İsrail hərbi imkanları Cammu və Kəşmirdə üz-üzə gəlib.
AvroMedia.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev bildirib.
O qeyd edib ki, Türkiyə İsrail proksi müharibəsinin müsbət və mənfi tərəfləri var:
“Mənfi tərəfi odur ki, Azərbaycan iki yaxın müttəfiqi, iki strateji dəstəkçisi arasındakı mübarizədə sıxılır. Tərəflər arasında potensial müharibə bizim gücümüzü azaldır və rəqiblərimizə şans yaradır.
Müsbət tərəf isə ondan ibarətdir ki, tərəflər açıq müharibə aparmağın ağılsızlıq olduğunu başa düşürlər. Suriyada açıq qarşıdurmaya getmirlər. Əvəzində öz güclərini Kəşmirdə sınayırlar.
İkincisi, Kəşmirdə artıq tərəflərin texniki və texnoloji üstün və zəif cəhətləri bilindiyi üçün potensial müharibə riski daha da azalır. Tərəflər kompromisə daha çox meyilli olurlar…”
Qeyd edək ki, Türkiyə və Çinin hərbi texnologiyasından istifadə edən Pakistan İsrail və Qərb texnologiyasına əsaslanan Hindistanı 6 may gecəsi və ondan sonrakı qarşıdurmalarda darmadağın edib. Hindistanın Fransa istehsalı “Rafale” də daxil olmaqla, 5 qırıcısı, onlarla PUA-sı məhv edilib. Məhv edilən PUA-lar içərisində xüsusilə İsrail istehsalı “Harop”lar diqqət çəkib.

Bakıda dəyişkən iş qrafikinə keçiləcək
Qarnınızın şişməsinin səbəbi bu ola bilər - Həkimlərdən vacib xəbərdarlıq
Bu günün valyuta məzənnələri
Kolumbiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
Dünya Çempionatı başlayır
Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur
Dünyanın ən təhlükəsiz 10 ölkəsi
Bu ölkə adını dəyişir
Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu
Küveyt hava məkanını bağladı
Tramp ad günü hədiyyəsi olaraq dünya sülhü istədiyini bildirib