Yaponiyada tədqiqatçılar rahib çatışmazlığı probleminə texnoloji həll təqdim ediblər.
AvriMedia.Az xəbər verir ki, Kyoto Universiteti nəzdində fəaliyyət göstərən Cəmiyyətin Gələcəyi İnstitutunun professoru Seici Kumaqainin rəhbərliyi ilə süni intellektlə işləyən “Buddharoid” adlı humanoid robot hazırlanıb.
Buddist məbədində keçirilən təqdimatda ictimaiyyətə nümayiş etdirilən “robot rahib” buddist müqəddəs kitabları əsasında təlim keçib. Qurğu Çində istehsal olunan “Unitree G1” modeli üzərində qurulub və “BuddhaBotPlus” proqram təminatı ilə təchiz edilib.Ənənəvi buddist geyimində ayaqlarını çarpazlayaraq oturan robot dini mərasimlər zamanı duaları yerinə yetirə, hərəkət edə və jestlər göstərə bilir. Bununla yanaşı, inkişaf etmiş dil modeli sayəsində ziyarətçilərlə ünsiyyət qurur və dini mövzularda sualları cavablandırır. Təqdimat zamanı jurnalistin sualına cavab verən robot buddist təlimlərinə uyğun olaraq zehni sakitləşdirməyi tövsiyə edib.
Universitet nümayəndələri bildiriblər ki, bu texnologiya gələcəkdə insan rahiblərə ənənəvi ayinlərdə yardımçı ola və ya bəzi funksiyaları tam şəkildə icra edə bilər.

1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir
İsti havalarda az yemək təhlükəli ola bilər
800 mindən çox insan piylənmədən əziyyət çəkir