AvroMedia.Az xəbər verir ki, bəzən insanlar səhər yuxudan oyanan kimi özlərini halsız və enerjisiz hiss edirlər. Bu vəziyyət çox vaxt tənbəllik kimi qiymətləndirilsə də, əslində səbəb daha ciddi ola bilər.
Onun sözlərinə görə, bir çox insan "yorulmuş at sindromu" da adlandırılan psixoloji avtonomiyanın xroniki tükənməsi ilə üzləşir. Bu sindrom bir neçə əlamətlə özünü göstərir: emosional boşluq, insanın öz istək və ehtiyacları ilə əlaqəsini itirməsi, daimi gərginlik hissi və istirahət etdiyi zaman günahkarlıq hissinin yaranması.
Psixoloq qeyd edib ki, müəyyən tövsiyələrə əməl etməklə bu vəziyyətdən çıxmaq mümkündür. O, ilk növbədə iş saatlarından kənarda işləməməyə çalışmağı tövsiyə edib. Bundan əlavə, həftədə bir dəfə özünə "Mən bunu həqiqətən istədiyim üçün edirəm, yoxsa kimisə məyus etməkdən qorxduğum üçün?" sualını verməyi və sonradan belə işlərdən ən azı birindən imtina etməyi məsləhət görüb.
O, həmçinin tükənmişliklə tənbəllik anlayışlarının qarışdırılmamasının vacibliyini vurğulayıb. Onun fikrincə, tənbəllik istəməmək, tükənmişlik isə "çox istəsən belə bacarmamaq" vəziyyətidir.
Psixoloq əlavə edib ki, bu sindrom xəstəlik diaqnozu deyil, insanın uzun müddət imkanlarının son həddində çalışdığını göstərən bir siqnaldır.
"Bu, zəifliyin deyil, uzun müddət həddindən artıq yüklənmənin göstəricisidir. İlk müalicə isə gün ərzində ən azı bir saat özünüzə məhsuldar olmamağa icazə verməkdir", – deyə o bildirib.

21 iyunun ulduz falı: Bu gün bəzilərinə pul, bəzilərinə isə...
Azərbaycanda 5 ayda 4 min tondan çox çay istehsal edilib
Şeirləri oxucunun könül dünyasının səyyarəsidi
SEPAH Hörmüz boğazını yenidən bağlayıb - KİV
Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı azalıb
İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
Qəhvə hər kəs üçün uyğun deyil - Ekspert səbəbi izah etdi
İran ABŞ-la danışıqlara başlamaqdan imtina etdi
XƏBƏRDARLIQ: Uzun müddət oturmaq beyni kiçildir və yaddaşı zəiflədir
Neftimiz yenidən bahalaşdı