ABŞ-dən olan iqtisadçıların apardığı yeni araşdırmaya görə, evdən işləmək insanların psixi sağlamlığına mənfi təsir göstərə və depressiya riskini artıra bilər.
AvroMedia.Az “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, tədqiqat müəllifləri pandemiyadan sonra psixi gərginlik və emosional narahatlıq hallarındakı artımın təxminən üçdəbirinin məsafədən (distant) iş rejiminin geniş yayılması ilə bağlı olduğunu bildiriblər.
AvroMedia.Az “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, tədqiqat müəllifləri pandemiyadan sonra psixi gərginlik və emosional narahatlıq hallarındakı artımın təxminən üçdəbirinin məsafədən (distant) iş rejiminin geniş yayılması ilə bağlı olduğunu bildiriblər.
Tədqiqatçılar hesab edirlər ki, evdən çalışan işçilərin sosial təmaslarının azalması və təcrid hissinin artması onların psixi vəziyyətinə mənfi təsir göstərir. Xüsusilə tək yaşayan şəxslərdə bu təsirin daha güclü olduğu vurğulanır. Araşdırmada qeyd olunur ki, məsafədən işləməyin iş və şəxsi həyat arasında balans yaratdığına dair geniş yayılmış fikir tam mənzərəni əks etdirmir. Müəlliflərin fikrincə, bir çox əməkdaş evdən işləməyin uzunmüddətli psixoloji təsirlərini əvvəlcədən qiymətləndirməyə bilər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, işçilər məsafədən işləməyi üstün tutsalar da, bu modelin rifah və emosional vəziyyətə mənfi təsirləri zaman keçdikcə daha aydın şəkildə ortaya çıxa bilər.

XƏBƏRDARLIQ: Uzun müddət oturmaq beyni kiçildir və yaddaşı zəiflədir
Neftimiz yenidən bahalaşdı
Yarım gün aclıq hiss etdirməyən səhər yeməyi açıqlandı
"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
Turist təyyarəsi qəzaya uğradı
Azərbaycanda hərbçi faciəli şəkildə öldü
Xəzər dənizi sahillərində yeni mənzərə: Sualtı ərazilər quruya çevrilir
DÇ-2026: Mərakeş Şotlandiyanı məğlub edib