“Eurostat” məlumatlarına əsasən, 2025-ci il üzrə Avropa İttifaqının 27 üzv ölkəsində gündəlik istehlak malları və xidmətlərinin qiymətləri arasında ciddi fərqlər mövcud olub.
AvroMedia.Az Valyuta.az-a istinadən xəbər verir ki, hesabata görə, ötən il Aİ-də həyatın ən bahalı olduğu ölkə Danimarka olub. Burada qiymətlər Avropa İttifaqı üzrə orta göstəricidən 40% yüksək qeydə alınıb. Sonrakı yerlərdə İrlandiya (+36%) və Lüksemburq (+32%) qərarlaşıb.
AvroMedia.Az Valyuta.az-a istinadən xəbər verir ki, hesabata görə, ötən il Aİ-də həyatın ən bahalı olduğu ölkə Danimarka olub. Burada qiymətlər Avropa İttifaqı üzrə orta göstəricidən 40% yüksək qeydə alınıb. Sonrakı yerlərdə İrlandiya (+36%) və Lüksemburq (+32%) qərarlaşıb.
Ən ucuz ölkələr sırasında isə ilk yeri Bolqarıstan tutur. Bu ölkədə istehlak səbətinin dəyəri Aİ orta göstəricisindən 37% aşağıdır. Siyahıda daha sonra Rumıniya (-35%) və Polşa (-27%) gəlir.
Mənzil xərcləri üzrə böyük fərqlər
Avropa ev təsərrüfatlarının ən böyük xərc maddəsi olan mənzil xərclərində fərqlər daha da nəzərə çarpır. İrlandiyada mənzil xərcləri Aİ orta göstəricisindən 90% yüksək olduğu halda, Bolqarıstanda bu göstərici orta səviyyədən 59% aşağıdır.
Ərzaq və alkoqolsuz içkilər kateqoriyasında isə qiymət fərqləri nisbətən az olub. Ən yüksək qiymətlər Lüksemburqda qeydə alınıb və burada ərzaq qiymətləri Aİ ortalamasından 22% yüksəkdir. Ən aşağı göstərici isə Rumıniyada müşahidə olunub və qiymətlər orta səviyyədən 20% aşağı olub.
Təhsil xərclərində böyük uçurum
Təhsil xidmətlərinin qiymətlərində isə fərq daha böyükdür. Rumıniyada təhsil xərcləri Aİ orta göstəricisinin yarısından da aşağı olduğu halda, Lüksemburqda bu göstərici üç dəfədən çox yüksəkdir.
Avropada qiymətlərlə bağlı digər xəbərlər
Daha əvvəl İslandiyanın uzun illərdən sonra İsveçrəni geridə qoyaraq dünyanın ən bahalı ölkəsi olduğu bildirilmişdi. Ekspertlər bunu ölkənin turizm sektorunda pandemiyadan sonrakı sürətli bərpa və qiymət artımları ilə əlaqələndirirlər.
Bundan başqa, “Post Office” şirkətinin analitikləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevonu 2026-cı ildə Avropada ən sərfəli şəhər istirahəti istiqaməti seçiblər. Mütəxəssislərin fikrincə, şəhər zəngin mədəniyyət, tarix və münasib qiymətli mətbəxi bir araya gətirir.

XƏBƏRDARLIQ: Uzun müddət oturmaq beyni kiçildir və yaddaşı zəiflədir
Neftimiz yenidən bahalaşdı
Evdən işləmək depressiya riskini artıra bilər
Yarım gün aclıq hiss etdirməyən səhər yeməyi açıqlandı
"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
Turist təyyarəsi qəzaya uğradı
Azərbaycanda hərbçi faciəli şəkildə öldü
Xəzər dənizi sahillərində yeni mənzərə: Sualtı ərazilər quruya çevrilir
DÇ-2026: Mərakeş Şotlandiyanı məğlub edib