Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil” metrostansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə test rejimində 149E nömrəli ekspres marşrutu təşkil edilir.
AvroMedia.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, iyunun 22-dən 6 ədəd “Neoplan” markalı avtobus qəsəbəni metronun “Sahil” stansiyası ilə əlaqələndirəcək.
Marşrutun fəaliyyət qrafiki sərnişin axınının intensiv olduğu saatlara əsasən müəyyən edilib. Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.
Marşrut üzrə gedişhaqqı 1,30 AZN müəyyən edilib.
149E nömrəli ekspres marşrutu üzrə “Sahil” metrostansiyası, Dövlət Bayrağı Meydanı, “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli Körpələr evi – uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbi dayanacaq məntəqələri kimi təyin edilib.

Rezidenturaya qəbulda bu yerlərin hamısı boş qalıb
Sənədsiz evlər problemi: Dövlət büdcəsi milyonlarla gəlirdən məhrum olur
Attestat qiyməti 5 olan şagirdlər qəbulda 100-dən az bal toplayıb
Bağçaların maliyyələşmə mexanizmi dəyişir
Gələn ildən bu şəxslərə dövlət büdcəsindən pul veriləcək
Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir
Şəhid övladları “Zəfər” intellektual yay düşərgəsində
Azərbaycanda yumurta 1 qəpiyədək ucuzlaşdı
İçimizdə Yaşayan Yollar
Milli Məclis bu qanunlara dəyişiklik edəcək