2025-ci ildə rezidenturaya ixtisas seçimi zamanı Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sistemi üçün), Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemi üçün), Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanseri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi, Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi üçün ayrılan plan yerlərinin hamısı boş qalıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunub.
Məlumatda, həmçinin tam dolan yerlər də sıralanıb:
“Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Milli Hematologiya və Transfuziologiya
Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Neyrocərrahiyyə Xəstəxanası,
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutu, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi üçün ayrılan plan
yerləri tam dolub”.
Qeyd olunub ki, gigər klinik bazalar üçün ayrılan plan yerləri bu və ya digər səviyyədə kəsirdə qalıb.

20 İyun ulduz falı: Maddi balans və yeni imkanlar
Bu istiqamətdə marşrut fəaliyyətə başlayır
Sənədsiz evlər problemi: Dövlət büdcəsi milyonlarla gəlirdən məhrum olur
Attestat qiyməti 5 olan şagirdlər qəbulda 100-dən az bal toplayıb
Bağçaların maliyyələşmə mexanizmi dəyişir
Gələn ildən bu şəxslərə dövlət büdcəsindən pul veriləcək
Azərbaycanda PUA-larla bağlı qanuna dəyişiklik edilir
Şəhid övladları “Zəfər” intellektual yay düşərgəsində
Azərbaycanda yumurta 1 qəpiyədək ucuzlaşdı
İçimizdə Yaşayan Yollar