2026-cı il dünya çempionatında C qrupunun II turunun oyunlarına start verilib.
AvroMedia.Az xəbər verir ki, Şotlandiya millisi Mərakeşlə qarşılaşıb.
Görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 02:00-da verilib.
Mərakeş millisi matça qolla başlayıb. 2-ci dəqiqədə İsmael Saibari afrikalıları önə keçirib: 1:0. Oyunda başqa qol olmayıb.
Bu qələbədən sonra Mərakəş xallarının sayını 4-ə yüksəldib. Şotlandiya 3 xalda qalıb.
Qeyd edək ki, C qrupunun digər oyununda Braziliya Haiti ilə üz-üzə gələcək.
Dünya çempionatı
C qrupu, II tur
20 iyun
02:00. Şotlandiya - Mərakeş 0:1
Qol: Saibari, 2
Şotlandiya: Qann, Paterson, Hendri, Hanli, Tirni, Robertson, Maktominey, Makginn, Kristi, Ferqyuson, Adams
Mərakeş: Bono, Hakimi, Mazraui, Diop, Riad, Buaddi, Ounahi, Saibari, Əl-Xannus, Əl-Aynaui, Dias

XƏBƏRDARLIQ: Uzun müddət oturmaq beyni kiçildir və yaddaşı zəiflədir
Neftimiz yenidən bahalaşdı
Evdən işləmək depressiya riskini artıra bilər
Yarım gün aclıq hiss etdirməyən səhər yeməyi açıqlandı
"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
Turist təyyarəsi qəzaya uğradı
Azərbaycanda hərbçi faciəli şəkildə öldü
Xəzər dənizi sahillərində yeni mənzərə: Sualtı ərazilər quruya çevrilir