Aşağı kalorili dondurmalar, protein batonları və pəhriz içkilərində geniş istifadə olunan eritritolun ciddi sağlamlıq riskləri daşıdığı üzə çıxıb.
AvroMedia.Az- ın xəbərinə görə, ABŞ-nin Kolorado Universitetində alimlərinin apardığı yeni araşdırma göstərib ki, bu maddə insult və beyin zədələnməsi riskini artıra bilər.
ABŞ-li alimlər bildirirlər ki, bu maddə damar sağlamlığını təhdid edir və tromb əmələgəlmə riskini artırır. Mütəxəssislər qeyd edirlər ki, daha geniş araşdırmalara ehtiyac olsa da, eritritol tərkibli məhsullardan istifadə zamanı ehtiyatlı olmaq lazımdır.
Bildirilir ki, dadlandırıcı hətta kiçik dozalarda belə iltihabi prosesləri və qanın laxtalanmasını sürətləndirə bilər.
Eritritol dondurma və vitaminləşdirilmiş içkilər kimi məşhur məhsullarda şəkərin alternativi kimi istifadə olunur. Lakin tədqiqatçılar bu maddənin infarkt və insult kimi ürək-damar xəstəlikləri ilə əlaqəli ola biləcəyini bildiriblər. Laboratoriya şəraitində hüceyrələr üzərində aparılan sınaqlarda bir neçə saat ərzində damarların daralmasına və oksidativ stress əlamətlərinin yaranmasına səbəb olduğu müşahidə edilib.
Araşdırmaya rəhbərlik edən Kristofer DeSouzan bildirib ki, "təhlükəsiz" kimi təqdim olunan bu dadlandırıcının damar sağlamlığına zərər verdiyinə dair sübutlar getdikcə artır. Xüsusilə sərbəst radikalların çoxalması və azot oksidinin səviyyəsinin azalması ürək-damar xəstəlikləri riskini yüksəldir. Bu isə insult ehtimalına birbaşa təsir göstərə bilər.
Bundan əvvəl 4 mindən çox insanın iştirak etdiyi başqa bir araşdırmada da eritritol səviyyəsi yüksək olan şəxslərin növbəti üç il ərzində insult və ya infarkt keçirmə ehtimalının daha yüksək olduğu müəyyən edilib. Alimlər bir neçə eritritol tərkibli məhsulu eyni vaxtda istehlak edən şəxslərin daha böyük risk altında ola biləcəyini vurğulayıblar. Bununla belə, insan orqanizminə təsirlərin dəqiq qiymətləndirilməsi üçün əlavə elmi araşdırmaların aparılmasına ehtiyac olduğu qeyd edilir.

Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Sabah Məhərrəm ayı başlayır
Putinə görüş təklif edib
Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib
Sabah 32 dərəcə isti olacaq
Rəsmi Bakıdan ABŞ və İrana dəstək: Alqışlayırıq
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
Ermənistana tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Yataq otağındakı bu əşyaları gözdən uzaq yerdə saxlayın