Sabah Azərbaycanda Məhərrəm ayı başlayır.
AvroMedia.Az Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən xəbər verir ki, iyunun 16-dan etibarən ölkə ərazisində Məhərrəm ayının ilk günü qeyd olunur.
Qurumun Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin müraciətində bildirilib ki, Məhərrəm və Səfər ayları ərzində keçirilən təziyə mərasimləri zamanı dinə uyğun olmayan davranışlardan, xüsusilə bədənə xəsarət yetirilməsi və özünə zərər verilməsi kimi hallardan çəkinmək tövsiyə olunur.
Həmçinin qeyd edilib ki, dini mərasimlər yalnız məscid və ziyarətgahlarda, mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməlidir. Küçə yürüşləri, ictimai asayişi pozan hərəkətlər və dövlət simvollarına uyğun olmayan halların yolverilməz olduğu vurğulanıb.
Məlumata görə, Aşura günü 25 iyun 2026-cı ilə təsadüf edir.

Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğradı
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Putinə görüş təklif edib
Dondurma iflic yaradır?
Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib
Sabah 32 dərəcə isti olacaq
Rəsmi Bakıdan ABŞ və İrana dəstək: Alqışlayırıq
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
Ermənistana tranzit keçməklə 7 vaqon buğda göndəriləcək