SEPAH donanmasının komandanı Əlirza Təngsiri bildirib ki, ABŞ-la bağlı neft təsisatları Amerika bazaları hesab olunacaq və həmin təsisatlara zərbə vuracaqlar. O, sözügedən obyektlərdə çalışanları və digər mülki şəxsləri həmin ərazilərdən uzaqlaşmağa çağırıb. Bununla SEPAH komandanı ölkəsinin rəsmilərinin “biz ancaq hərbi mərkəzlərə zərbə vururuq” və ya “biz neft və qaz mərkəzlərinə zərbə vurmamışıq” kimi tezislərinin üstündən xətt çəkdi.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, SEPAH “Körfəz ölkələrinin neft və qaz təsisatlarına zərbəni biz vurmuşuq və vurmaqda davam edəcəyik” yanaşmasıyla məsələyə nöqtə qoydu:
“Bu, bir növ Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın mühafizəkar hakimiyyəti barədə söylədiyi kimi, “mən batıramsa, bölgəni də özümlə batıraram” yanaşmasının təsdiqidir. İran hazırda neftini sata bilmir, bu səbəbdən maliyyə gəlirlərindən məhrum olan, o cümlədən ABŞ və İsrailin bombardmanları nəticəsində ağır itki verən SEPAH neft və qazın istismarından gəlir əldə edən ölkələri hədəf seçib. Yəni “mən neft və qaz sata bilmirəmsə, qonşularım da sata bilməsin”.Axar.az

Bu əlamətlər varsa... - Həkimlərdən xəbərdarlıq
1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?