Dünyanın ən güclü xüsusi təyinatlıları açıqlandı - siyahı
Tarix: 17-03-2026, 08:30
Baxılıb: 2 825
Google+ Paylaş
Tumblr Paylaş

Dünyanın ən güclü xüsusi təyinatlıları açıqlandı - siyahı

17-03-2026, 08:30

Global Firepower 2026 hesabatına görə, dünyanın ən güclü hərbi birləşmələri müəyyən olunub. Türk Silahlı Qüvvələrinin (TSK) "Bordo Berlilər"i siyahıda bir çox dünya nəhəngini geridə qoyaraq ön sıralarda qərarlaşıb.
AvroMedia.az xəbər verir ki, beynəlxalq müdafiə analizi qurumları tərəfindən hazırlanan 2026-cı il siyahısında hibrid müharibə qabiliyyəti, operativ uğurlar və texnoloji inteqrasiya meyarları əsas götürülüb. TSK Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının Suriya və İraqdakı uğurlu antiterror əməliyyatları onları dünyanın ən çəkindirici güclərindən birinə çevirib.
Türkiyənin xüsusi təyinatlıları 2026-cı il hesabatında 4-cü yerə yüksəlib. Xüsusilə girovların xilas edilməsi və asimmetrik müharibə sahəsindəki mütəxəssislikləri onları bu zirvəyə daşıyıb.
Aşağıda 2026-cı il üzrə siyahının ilk 10 pilləsində qərarlaşan birləşmələr və onların fərqləndirici xüsusiyyətləri verilib:
 
Sıra
Ölkə
Birliyin Adı
Əsas Xüsusiyyəti
1
ABŞ
Navy SEALs & Delta Force
Quruda, dənizdə və havada çoxşaxəli əməliyyat qabiliyyəti.
2
Böyük Britaniya
SAS & SBS
Dünya standartlarında girov xilasetmə bacarığı.
3
Rusiya
Spetsnaz
Partizan (gerilla) müharibəsi texnikaları üzrə mütəxəssis.
4
Türkiyə
Bordo Berlilər
Sərhədyanı əməliyyatlar və yüksək nizam-intizam.
5
İsrail
Shayetet 13
Sualtı sabotaj və dəniz əməliyyatları.
6
Fransa
GIGN
Xüsusi girov xilasetmə texnikaları.
7
Kanada
JTF2
Məxfi əməliyyat qabiliyyəti.
8
Almaniya
GSG 9
Girov xilasetmədə yüksək müvəffəqiyyət dərəcəsi.
9
Hindistan
NSG (Qara Pişiklər)
Böyük şəhərlərdə çevik müdaxilə.
10
Avstraliya
SASR
Uzaq mənzilli kəşfiyyat mütəxəssisliyi.
Siyahıda həmçinin Çinin "Snow Leopard" (11-ci yer), Polşanın "JW GROM" (13-cü yer), Pakistanın "SSG" (16-cı yer) və Braziliyanın şəhər daxili qarşıdurmalarda ixtisaslaşmış "BOPE" (19-cu yer) bölmələri də yer alıb. Hesabatda qeyd olunur ki, müasir müharibələrdə artıq təkcə say deyil, həm də texnoloji üstünlük və hibrid müharibə taktikaları həlledici rol oynayır.Milli.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ