İranın yeni ali lideri olduğu bildirilən Müctəba Xameneinin ağır vəziyyətdə olduğu iddia edilir. AvroMedia.Az xəbər verir ki, Britaniyanın “The Sun” nəşrinin məlumatına görə, o, atasını öldürən hava zərbəsi zamanı ağır yaralanıb və süni tənəffüs aparatına qoşulub.
Xəbərdə qeyd edilir ki, 56 yaşlı Müctəba Xamenei hücum zamanı ciddi xəsarətlər alıb. Onun ayaqlarından birini itirdiyi, daxili orqanlarının zədələndiyi və hazırda komada olduğu iddia olunur. Hətta bəzi məlumatlarda onun baş verən hadisələrdən və ali lider təyin edilməsindən belə xəbərsiz olduğu qeyd edilir.
Nəşr yazır ki, rəsmi olaraq Müctəba Xamenei ölkənin ali lideri elan edilsə də, faktiki olaraq dövlət idarəçiliyi hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusunin nəzarətindədir. Bu qurumun hərbi strukturları ölkədə əməliyyatlara rəhbərlik etməyə davam edir.
Qeyd olunur ki, Müctəba Xameneinin adından yayılan bəzi bəyanatlar olsa da, onun ağır vəziyyətdə olması səbəbindən həmin açıqlamaların həqiqətən onun tərəfindən verilib-verilmədiyi dəqiq bilinmir.
Xatırladaq ki, Əli Xamenei 1989-cu ildən İranın ali lideri idi və 2026-cı il fevralın 28-də Tehranda həyata keçirilən hava zərbəsi nəticəsində öldürüldüyü bildirilir.

Bu əlamətlər varsa... - Həkimlərdən xəbərdarlıq
1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?