ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran və Vaşinqton arasında dialoq davam edir və İran tərəfi razılaşma əldə etməyə çalışır.
AvroMedia.Az xəbər verir ki, Tramp bu barədə Uest-Palm-Biçdən (Florida ştatı) Vaşinqtona uçarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp eyni zamanda qeyd edib ki, İran hakimiyyəti hələlik Vaşinqtonun tələblərini yerinə yetirməyə hazır görünmür.
“Onlar danışıqlar aparmaq istəyirlər, amma məncə hələ hazır deyillər. Düşünmürəm ki, onlar etməli olduqlarını etməyə hazırdırlar. Amma hesab edirəm ki, müəyyən vaxtdan sonra buna hazır olacaqlar”, – deyə o əlavə edib.
ABŞ prezidenti həmçinin bildirib ki, İrana qarşı hərbi əməliyyatın başa çatdığını hələ elan etməyə hazır deyil.
“Hələ bunun başa çatdığını elan etmirəm”, – deyə Tramp bildirib.

Bu əlamətlər varsa... - Həkimlərdən xəbərdarlıq
1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?