Moskvada mobil internetdə genişmiqyaslı kəsintilər gündəlik həyata və biznes fəaliyyətinə ciddi təsir göstərir. Rabitə problemləri fonunda sakinlər ratsiya, peycer və stasionar telefonlara daha çox maraq göstərməyə başlayıblar.
AvroMedia.Az xəbər verir ki, mobil internetdəki fasilələr son günlər paytaxtda rabitə vasitələrinin satışını artırıb.
Bu vəziyyətin həm gündəlik ünsiyyətə, həm də iqtisadi fəaliyyətə mənfi təsir etdiyi bildirilir.“Roskomnadzor”un monitorinq mərkəzinin məlumatına görə, martın 5-dən etibarən Moskvanın mərkəzində mobil internet trafiki əvvəlki ayla müqayisədə orta hesabla 20 faiz azalıb.
Kreml internet məhdudiyyətlərinin tətbiq olunduğunu təsdiqləsə də, səbəblər barədə geniş məlumat verməyib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, məhdudiyyətlər “sistemli təhlükəsizlik tədbirləri” çərçivəsində həyata keçirilir və lazım olduğu qədər davam edə bilər.
Qeyd edilir ki, bu addımlar Rusiyada internet üzərində dövlət nəzarətinin daha da gücləndirilməsi siyasətinin tərkib hissəsi ola bilər.
Məhdudiyyətlərin ilk günlərində paytaxtın mərkəzində mobil internet, demək olar ki, tamamilə kəsilib. Bir müddət sonra isə yalnız dövlət tərəfindən təsdiqlənmiş bəzi veb-saytlara giriş bərpa olunub. Bu yanaşma “ağ siyahı” sistemi kimi tanınır.
Açıq qalan saytlar arasında dövlət xidmətləri platformaları, bank sistemləri, elektron ticarət saytları və hökumətyönlü media resursları yer alıb.

1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı