Rusiyalı kardioloq Valeriya Bonadıkova gəzən zaman siqaret çəkməyin ölümcül ola biləcəyinin səbəblərini izah edib.
AvroMedia.Az xəbərinə görə, Valeriya Bonadıkova Lenta.ru nəşrinə müsahibəsində bu vərdişin nəticələri ilə bağlı xəbərdarlıq edib.
"Gəzən zaman, xüsusilə də sürətli tempdə yeriyərkən orqanizm yüklənmə rejimində işləyir: nəbz artır, nəfəsalma sürətlənir, çünki ürəyin oksigeni daha aktiv şəkildə çatdırması lazımdır. Digər tərəfdən, nikotin səfərbərlik reaksiyasını işə salır, bu səbəbdən də qan damarları daralır, qan təzyiqi və ürək döyüntüləri artmağa doğru gedir. Xoşagəlməz bir hal yaranır: hərəkət səbəbindən oksigenə tələbat artır, çatdırılma şərtləri isə damar spazmları və tüstü komponentləri səbəbindən pisləşir", - deyə həkim bildirib.Bundan əlavə, Valeriya Bonadıkova qeyd edib ki, bir çox insan küçədə tələsir, ona görə də qısa və sürətli nəfəs alırlar. Bəziləri hətta nikotini daha tez qəbul etmək üçün nəfəslərini tuturlar. Kardioloqun sözlərinə görə, bu da ona gətirib çıxarır ki, insan ürək ritmində pozulmalar hiss edir.
Həkim xəbərdarlıq edib ki, hipertoniya, ürəyin işemik xəstəliyi, ürək-damar xəstəlikləri, aritmiya, diabet və ağır ateroskleroz tarixçəsi olan insanlar üçün yeriyərkən siqaret çəkmək xüsusilə təhlükəlidir.

1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı