Amerika Birləşmiş Ştatları qüvvələri İranın neft ixracı üçün strateji əhəmiyyət daşıyan Xarq adasında hərbi hədəflərə zərbələr endirib.
AvroMedia.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridaya səfərdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Tramp qeyd edib ki, əməliyyat zamanı adadakı hərbi obyektlər hədəfə alınıb, lakin neft infrastrukturu vurulmayıb:
“Əgər gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinə icazə verilməsə, neft obyektlərinə zərbə endirilməsi ilə bağlı qərar yenidən nəzərdən keçirilə bilər. İranın göz bəbəyi sayılan Xarq adasındakı hərbi hədəfləri tamamilə məhv etdik”.
ABŞ Prezidenti, eyni zamanda, İran ordusunu silahı yerə qoymağa çağırıb:
“İran heç vaxt nüvə silahına sahib olmayacaq və regionu təhdid etmək imkanına malik olmayacaq”.
Qeyd edək ki, İranın materik sahillərindən təxminən 30 kilometr məsafədə yerləşən Xarq adası ölkənin neft ixracı üçün əsas mərkəzlərdən biri hesab olunur və İranın ixrac etdiyi neftin təxminən 90 faizi məhz bu adadan daşınır.

1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı