İran ABŞ və İsrail bazalarını vurdu.
Tarix: 11-03-2026, 08:36
Baxılıb: 7 028
Google+ Paylaş
Tumblr Paylaş

İran ABŞ və İsrail bazalarını vurdu.

11-03-2026, 08:36

İran Ordusu ABŞ və İsrail bazalarına qarşı ən gərgin əməliyyat başlayıb.


AvroMedia.Az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İran dövlət televiziyasında yayımlanan 30 nömrəli bəyanatında deyilir.
SEPAH “Əsl vəd 4” əməliyyatının 37-ci dalğasının hücumların başlanğıcından bəri ən ağır və gərgin mərhələ olduğunu açıqlayıb:
“Təl-Əvivin cənubundakı peyk rabitə mərkəzi, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzlər, Ərbildəki ABŞ hədəfləri və bölgədəki 5-ci Dəniz Donanması ikinci dəfə hədəfə alınıb. 37-ci əməliyyat hücumların başlanğıcından bəri ən ağır və gərgin əməliyyat oldu”.
Bildirilib ki, əməliyyat 3 saatdan çox davam edib və bu müddət ərzində iki tonluq ballistik döyüş başlığı ilə təchiz edilmiş “Xorrəmşəhr” raketindən istifadə edilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ