İsrail ordusunun İrana qarşı başlatdığı genişmiqyaslı hava əməliyyatları çərçivəsində növbəti hədəf ölkənin cənub-şərqində yerləşən Kirman şəhəri olub.
AvroMedia.Az “Tasnim”ə istinadla xəbər verir ki, İsrail hərbi aviasiyasının endirdiyi zərbələr nəticəsində Kirman yaxınlığındakı strateji neft bazasında və yanacaq anbarlarında güclü yanğın başlayıb.Agentlik yazır ki, bazada yerləşən ehtiyat yanacaq çənləri ciddi zərər görüb. Yanğın nəticəsində ərazini qara tüstü dumanı bürüyüb və alovun söndürülməsi üçün bölgəyə çox sayda xilasetmə briqadası cəlb olunub.
Zərbələrin təkcə enerji infrastrukturunu deyil, həm də Kirman hava limanını hədəf aldığı, orada bəzi təyyarələrin və uçuş zolağının zərər gördüyü iddia edilir. Kirman valiliyindən verilən məlumata görə, hücum nəticəsində infrastruktura ciddi ziyan dəysə də, hələlik can itkisi barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, sözügedən hücum İsrailin son günlərdə İranın daxili enerji resurslarını və hərbi logistika mərkəzlərini sıradan çıxarmaq strategiyasının tərkib hissəsidir. Daha əvvəl isə Tehran və Əlborz vilayətlərindəki neft anbarları da bənzər hücumlara məruz qalmışdı.

1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı