ABŞ bu gün İran ərazisinə indiyədək ən intensiv hava hücumlarını həyata keçirməyi planlaşdırır.
AvroMedia.Az xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.Onun sözlərinə görə, hücumlarda ən çox döyüş təyyarəsi, ən çox bombardmançı və ən çox zərbə qüvvəsi istifadə olunacaq:
“ABŞ kəşfiyyatı əvvəlkindən daha inkişaf etmiş və effektiv şəkildə fəaliyyət göstərir”.
Müharibə naziri həmçinin qeyd edib ki, son 24 saat ərzində İran indiyədək atdığı ən az sayda raket buraxıb.
Pit Heqset vurğulayıb ki, ABŞ-nin İrana qarşı hərbi kampaniyasının məqsədləri dəyişməyib və əməliyyatlar amansız dəqiqliklə davam etdirilir.
O bildirib ki, əsas hədəflər İranın raket ehtiyatlarının, raket buraxıcılarının və müdafiə sənayesi bazasının məhv edilməsi, həmçinin İran donanmasının sıradan çıxarılmasıdır. Bundan əlavə, ABŞ İranın nüvə silahından tam və daimi imtina etməsinə nail olmağı da məqsədlərdən biri kimi göstərir.
Nazir söyləyib ki, İran tam və qəti şəkildə məğlub edilənə qədər geri çəkilməyəcəklər və əməliyyatlar ABŞ-nin müəyyən etdiyi qrafik üzrə davam edəcək.
O həmçinin qeyd edib ki, bu proses 2003-cü ildə başlayan İraq müharibəsi kimi uzunmüddətli işğal və ya sonsuz dövlət quruculuğu planı deyil.

1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı