Türkiyə “Patriot”ləri Malatyaya yerləşdirdi
Tarix: 10-03-2026, 12:08
Baxılıb: 7 028
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə “Patriot”ləri Malatyaya yerləşdirdi

10-03-2026, 12:08

Türkiyənin Milli Müdafiə Nazirliyi bölgədəki son hadisələr fonunda ölkənin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə Malatyaya “Patriot” hava müdafiə sisteminin yerləşdirildiyini açıqlayıb.

AvroMedia.Az  xəbərinə görə, nazirlikdən bildirilib ki, milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, NATO tərəfindən hava hücumundan müdafiə tədbirləri artırılıb.

“Hava məkanının qorunmasına dəstək vermək üçün təyin edilmiş “Patriot”lər artıq Malatyada yerləşdirilib. Türkiyə Silahlı Qüvvələri ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etməyə tam qərarlıdır. Bölgədə baş verən son hadisələr fonunda sərhədlərin və hava məkanının təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür, NATO və müttəfiqlərlə məsləhətləşmələr aparılır”, - qurumdan qeyd olunub
Qeyd edək ki, “Patriot” hava müdafiə sistemi qısa və uzun mənzilli raketləri izləyib məhv etmək qabiliyyətinə malikdir və ölkənin hava məkanının təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ