lmaniyanın cənub-qərbində yerləşən Reynland-Pfalts federal torpağında meteorit parçaları yaşayış evlərinə ziyan vurub.
Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi polis nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı məlumatlar Hunzrük və Ayfel regionlarından, eləcə də Koblenz şəhərindən daxil olub. Polis bildirib ki, axşam saatlarında Koblenzin Gülz rayonunda qızmış səma cisminin bir parçası yaşayış evinin damına düşüb.
“Bu gün axşam saat 19:00 radələrində Koblenzin Gülz rayonunda qızmış səma cisminin yaşayış evinin damına düşməsi qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan yoxdur”, - deyə polis açıqlamasında qeyd olunub.
Hadisə yerində yanğınsöndürmə xidməti və polis əməkdaşları çalışır. Hüquq-mühafizə orqanları mövcud məlumata əsasən təhlükənin artıq aradan qalxdığını bildirib.
Dəymiş ziyanın dəqiq miqyası hələ açıqlanmayıb.
DPA yazır ki, hadisə ilə bağlı Şimali Reyn-Vestfaliya, Hessen, Reynland-Pfalts, Saar və Baden-Vürtemberq federal torpaqlarında yaşayan şahidlər də sosial şəbəkələrdə məlumat paylaşıblar. Yerli sakinlər gördükləri obyektin “qısa alov izinə malik parlaq səma cismi” və ya “səmada alovlu parıltı” olduğunu bildiriblər.
Bəzi ehtimallara görə, hadisə raket buraxılışı ilə bağlı ola bilərdi. Lakin agentliyin məlumatına görə, təhlükəsizlik üçün risk yaradan hər hansı insident qeydə alınmayıb.

1 və 3 qəpiklər dövriyyədən çıxarılır?
Şam qozası ilə müalicə - Bu xəstələr faydalıdır
Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı