İsrail İrana yeni hücum dalğasına başlayıb.
AvroMedia.Az xəbər verir ki, İsrail ordusunun İran paytaxtına yeni hücum dalğası başlatdığını elan etməsindən sonra Tehranda güclü partlayış səsləri eşidilib.
Məlumata görə, paytaxtdakı Mehrabad Hava Limanı hava zərbələrinin hədəflərindən biri olub.
Əvvəlcə şəhər üzərində təyyarə səsləri eşidilib, daha sonra isə ard-arda şiddətli partlayışlar baş verib. Eyni zamanda, hava hücumundan müdafiə sistemlərinin işə salındığı bildirilib.
Paytaxtın bəzi ərazilərində təyyarə səslərinin fasilələrlə davam etdiyi, bir neçə nöqtədən isə tüstü qalxdığı müşahidə olunub. Hücum zamanı Mehrabad Hava Limanı yaxınlığındakı ərazi vurulub.İsrail ordusu hücumların Tehran rejiminə məxsus infrastrukturu hədəf aldığını açıqlayıb.
Qeyd olunur ki, bu açıqlama ilə eyni vaxtda İsraildə də hava hücumu xəbərdarlığı ilə bağlı siren səsləri eşidilib.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir