İran İnqilab Keşikçiləri Korpusu İsrailə yeni raket hücumları dalğası başlatdığını açıqlayıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyasının yaydığı məlumatda deyilir.
İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsi hücumun “Sadiq Vəd 4” əməliyyatının 24-cü dalğası olduğunu bildirib.
İsrail ordusu İrandan atılan raketlərin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
Ordu vətəndaşları sığınacaqlara getməyə çağırıb. Eyni zamanda, riskli ərazilərdə yaşayan insanların mobil telefonlarına xəbərdarlıq mesajları göndərilib. Ardınca paytaxt Təl-Əviv də daxil olmaqla, bir çox şəhərdə siren səsləri eşidilib.
Raketlərin buraxılmasından sonra Təl-Əvivdə güclü partlayış səslərinin eşidildiyi bildirilib.KAN İrandan atılan çoxbaşlıqlı raketi zərərsizləşdirmək üçün bir neçə raketin buraxıldığını açıqlayıb.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir