İranda yüksək vəzifəli din xadiminin ölümü ilə bağlı məlumatlar yayılıb. Söhbət ölkənin Ərdəbil əyalətində fəaliyyət göstərən tanınmış dini fiqurlardan biri – Həsən Amulidən gedir.
AvroMedia.Az xəbər verir ki, yayılan məlumatlara görə, Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və şəhərin cümə imamı olan Həsən Amulinin öldüyü bildirilir. Bu barədə İranda fəaliyyət göstərən sosial şəbəkə fəalları müxtəlif paylaşımlar edərək məlumat yayıblar.
İddialara əsasən, Həsən Amuli ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hava zərbələri zamanı həyatını itirib. Hadisənin hansı şəraitdə baş verdiyi və hücumun dəqiq harada həyata keçirildiyi ilə bağlı hələlik rəsmi mənbələr tərəfindən ətraflı açıqlama verilməyib.Hazırda İranın rəsmi qurumları bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Buna görə də məlumatın dəqiqliyi ilə bağlı müxtəlif müzakirələr davam edir. Bununla belə, sosial mediada yayılan xəbərlər qısa müddətdə geniş rezonans doğurub.
Qeyd edək ki, Həsən Amuli son illərdə Azərbaycanla bağlı səsləndirdiyi bəzi sərt və mübahisəli açıqlamaları ilə də gündəmə gəlmişdi. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə onun Azərbaycan dövləti və xalqı barədə səsləndirdiyi bəyanatlar cəmiyyətdə ciddi narazılıq yaratmışdı.

Sabah 35 dərəcə isti olacaq
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq
1-ci sinif rus bölməsi bağlanır?
Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
4 xəstəxanada yoxlama aparılır
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
Metroda itən əşyaların aqibəti necə olur?
Kredit borcu olan əsgərlərə güzəşt varmı?
Məcburi köçkünün yaşayış yeri və mülkiyyət hüququ ilə bağlı yenilik
Meyvələr bahalaşdı, tərəvəz ucuzlaşdı
Azərbaycanda zəlzələ olub
Narkoloji xəstələrin işə qəbulu ilə bağlı cərimələr müəyyənləşir